Biz Yango və Uber-in Azərbaycanda rəsmi tərəfdaşıyıq.

Bu gün müraciət et, Sabah Başla

Minimum sənədləşmə, sürətli aktivasiya və ilk gündən etibarən stabil sifarişlər. Vaxt itirmədən peşəkar komandamıza qoşulun.

Xidmətlər

Bizim platformamız hər bir əməkdaşlıq formatına uyğun alətlər və dəstək təqdim edir.

Şəxsi avtomobil ilə çalışın!

Şəxsi avtomobil ilə bizim parka qoşulun və fəaliyyət göstərərək həftəlik bonuslar əldə edin.

Bizim avtomobil ilə sürücü ol

Sizi istenilen növ avtomobil ilə təmin ederək və bütün xərclərinizi qarşılayaq ki siz qısa zamanda başlayın.

Sahibkarlıq və İcarə İş Qrafiki

Avtomobillər alıb bizə icarəyə verərək sabit gəlir əldə edə bilər və ya avtomobillərlə öz biznesinizi quraraq gəlirlərinizi idarə edə bilərsiniz.

Çatdırılma

Siz çatdırılma tarifində avtomobil, motosiklet, velosiped, skuter və hətta piyada işləyə bilərsiniz.

GRAND PARTNER.

Biz Yango və Uber-in Azərbaycandakı rəsmi tərəfdaşıyıq. Əsas məqsədimiz həm fərdi sürücülər, həm də öz avtoparkını yaratmaq istəyən sahibkarlar üçün ən şəffaf, rahat və gəlirli iş mühitini təmin etməkdir. Biz sadəcə sizi sistemə qoşmuruq, həm də yüksək qazanc əldə etməyiniz və fəaliyyətinizi asanlıqla idarə etməyiniz üçün hərtərəfli dəstək göstəririk. Peşəkar komandamızla uğur hekayənizin bir parçası olmağa hazırıq.

Niyə Məhz Biz?

Sürücülərimizi düşünərək yaratdığımız şəffaf

və dəstəkləyici iş mühitinin əsas üstünlüklərini kəşf edin

Bonuslar və Motivasiya

Yalnız gediş haqqı ilə kifayətlənməyin. Yüksək aktivlik və xüsusi aksiyalarla əlavə gəlir imkanları əldə edin.

Fasiləsiz Sifarişlər

Az gözləmə, çox qazanc. Ağıllı sistemimiz boş dayanma müddətini azaldır və sizi davamlı olaraq sifarişlərlə təmin edir.

24/7 Dəstək Xidməti

İstənilən mövzü ilə bağlı hər hansı bir sualınız yaranarsa, əməkdaşlarımız hər zaman kömək etməyə hazırdır.

Sərbəst İş Qrafiki

Nə vaxt və nə qədər işləyəcəyinizə yalnız siz qərar verin. İşinizi şəxsi həyatınızla tam sərbəst şəkildə balanslaşdırın.

Sürətli və Asan Başlanğıc

Minimum sənədləşmə ilə qeydiyyatdan keçin və bir neçə saat ərzində aktivləşərək ilk sifarişinizi qəbul edin.

Şəffaf Hesabatlar

Bütün gəlirlərinizi və komissiyaları şəxsi kabinetinizdə izləyin. Heç bir gizli ödəniş olmadan tam nəzarət sizdədir.

GRAND PARTNER

Avtoparkınızı Bizimlə Böyüdün

Biz avtopark sahiblərinə sadəcə sürücü axını deyil, həm də bizneslərini asanlıqla idarə etmək üçün tam texnoloji və administrativ dəstək təklif edirik. Parkınızın hər bir avtomobilinin səmərəliliyini artırın və gəlirlərinizi şəffaf sistemimizlə izləyin.

Rahat Avtopark İdarəetməsi

Bütün avtomobillərinizi və sürücülərinizi vahid panel üzərindən izləyin, hesabatlar alın və proseslərə tam nəzarət edin.

Xüsusi Korporativ Şərtlər

Avtomobillərin sayından asılı olaraq daha aşağı komissiya dərəcələri və xüsusi bonus proqramları ilə qazancınızı artırın.

Şəxsi Biznes Menecer 

Biznesinizin inkişafı üçün sizə təhkim olunmuş əməkdaşımız bütün əməliyyat və strateji məsələlərdə dəstək göstərəcək. 

Customers Feedback

Our Customer Reviews.

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua erat libero condimentum metus.

Devina Mueller

    Lorem ipsum dolor sit amet, consectet adipiscing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua enim ad minim veniam

    Devina Mueller

    Entrepreneur

    Dave Beech

      Lorem ipsum dolor sit amet, consectet adipiscing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua enim ad minim veniam

      Dave Beech

      Manager

      Xavier Mcfarla

        Lorem ipsum dolor sit amet, consectet adipiscing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua enim ad minim veniam

        Xavier Mcfarla

        CEO Brand

        Jordan Rein

          Lorem ipsum dolor sit amet, consectet adipiscing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua enim ad minim veniam

          Jordan Rein

          Entrepreneur

          Tez-tez verilən suallar.

          Sizi maraqlandıran suallar var?

          Sürücü və partnyorlarımızı ən çox maraqlandıran məsələləri bir araya topladıq.

          Sürücülər üçün
          1. Sertifikat olmadan işləmək olar?

          İstər öz istərsə bizim avtomobil ilə işləmək üçün mütləq şəkildə sertifikat olmalıdır

          2. Avtomobilimin buraxılış kartı yoxdur, sizin parka qoşula bilərəm? 

          Avtomobilin buraxılış kartı olmadan taksi fəaliyyəti göstərə bilmərsiniz

          3. Buraxılış kartının alınmasında dəstək göstərirsiniz?

          Əgər lazım olan sənədlər qaydasındadırsa, o zaman buraxılış vəsiqəsi və buraxılış kartının alınmasında köməklik göstərə bilərik (burada ödəniş deyil xidmət dəstəyi nəzərdə tutulur)

          4. Komissya neçə faiz təşkil edir?

          Komissiya 20 fazi təşkil edir

          5. Balansda toplanan nağdsız gedişlərin məbləğini karta köçürmək olur?

          Bəli, 7/24 istədiyiniz zaman balansda toplanan məbləği parkımıza məxsus ParkPay tətbiqi ilə kartınıza köçürə bilərsiniz.

          6. Grand Parkdan avtomobil əldə edib sürücü kimi işləyə bilərəm?

          Bəli, yeni və kasko sığortalı avtomobillər ilə sizi təmin edə bilərik

          7. Sürücü kimi işləmək üçün hansı sənədlər tələb olunur?

          Sürücü kimi işləmək üçün sürücülük vəsiqəsi, sertifikat və narkoloji test tələb olunur.

          8. Həftəlik bonuslar mövcuddur?

          Bəli, həftəlik bonuslar mövcuddur.

          9. Öz avtomobilim ilə sizin parka qoşulsam sərbəst işləyə bilərəm? 

          Bəli, şəxsi avtomobiliniz ilə sərbəst qrafik ilə çalışa bilərsiniz

          10. Sifariş gəldikdə müştərinin gediləcək ünvanı qabaqcadan görünür?

          Bəli görünür

          Sahibkarlar üçün
          1. Fleet əldə etmək üçün neçə avtomobil olmalıdır?

          Fleet əldə etmək üçün minimum 3 avtomobiliniz olmalıdır

          2. Sahibkar kimi fəaliyyət göstərmək üçün hansı sənədlər olmalıdır?

          Sahibkar kimi fəaliyyət göstərmək üçün sahibkara məxsus VÖEN, asan imza, post-terminal (mobil versiya), AYNA-dan tibbi – texniki müqavilələr və avtomobillərin buraxılış kartı olmalıdır

          3. Avtomobillərim var lakin heç bir sənədlər mövcud deyil. Sənədlərin alınmasında dəstək göstərirsiniz?

          Bəli, sənədlərin alınmasında sizə xidmət dəstəyi göstərə bilərik

          4. Fleet açıldıqda komissiya neçə faiz təşkil edir? 

          Fleet açıldıqda komissiya 20 faiz təşkil edir

          5. Sahibkar olaraq avtomobillərimi Grand Parka nəzarətə verə bilərəm? 

          Bəli, avtomobillərini bizim komandaya nəzarətə verə bilərsiniz. Bu halda sizdən müəyyən məbləğdə xidmət haqqı tutulur və lazım olan xidmətlər ilə sizi təmin edirik

          6. Avtomobillərimi icarəyə verə bilərəm? 

          Bəli verə bilərsiniz. Nəzərinizə çatdıraq ki, icarəyə yalnız BYD avtomobilləri götürülür

          Park Pay

          ParkPay – Grand Park sürücüləri üçün xüsusi yaradılmış proqramıdr. Bu proqram vasitəsilə sürücülər balanslarında toplanan məbləği istədikləri vaxt dərhal kartlarına köçürmə edə bilərlər. ParkPay sürətli, etibarlı və şəffaf ödəniş imkanı təqdim edir

          Bloq.

          Biz həmişə əlaqədəyik

          Suallarınız Var?
          Zəng Edin, Cavablandıraq!
          7/24 texniki dəstək

          Input Invalid
          Input Helper